Türkiyə və Avropa İttifaqı (Aİ) sentyabrın 9-u birgə maraqları və narahatlıqları müzakirə edəcəklər. Tehsil-press.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bəyan edib.
O, bildirib ki, Aİ və Türkiyə arasındakı yüksək səviyyədə növbəti dialoq Ankarada baş tutacaq. Təşkilatı Genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə avrokomissar Yoxannes Xan, Türkiyə tərəfini isə XİN başçısı Mövlud Çavuşoğlu və Aİ məsələləri üzrə nazir Ömər Çelik təmsil edəcək.
"Tərəflər birgə maraqları və narahatlıqları əhatə edəcək bütün məsələləri müzakirə edəcəklər", - deyə F.Mogerini bildirib.
Avrokomissar qeyd edib ki, Türkiyə Aİ-na namizəd ölkədir və Avropa İttifaqının əsas tərəfdaşlarındandır.
Tehsil-press.az