Ərdoğan: Türkiyə Aİ ilə münasibətlərin yaxşılaşmasına ümid edir

Ərdoğan: Türkiyə Aİ ilə münasibətlərin yaxşılaşmasına ümid edir Türkiyə Avropa İttifaqı ilə münasibətlərdə çətinliklərin aradan qaldırılmasına ümid edir.
Bunu ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Varna şəhərində Aİ liderləri ilə görüşdən sonra mətbuat konfransında bildirib.
"Biz ümid edirik ki, Aİ və Aİ liderləri ilə çətin dövrü geridə qoyduq", deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti qeyd edib ki, Türkiyə Avropa İttifaqından söz verilən 3 milyard avro həcmində miqrasiyanın nəzarəti üçün yardımın növbəti hissəsinin alınmasını gözləyir. Qeyd edək ki, Ankara hələlik Aİ-dən cəmi 1,8 milyard avro alıb.

Tehsil-press.az

Oxşar xəbərlər