Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb. Səfiri ADU-da görməkdən məmnun olduğunu deyən rektor, elm və tədris sahəsindəki əlaqələrdən danışıb, diplomatik fəaliyyəti müddətində səfirin imza atdığı uğurlu işlərə toxunub: “Siz artıq Azərbaycandakı öz diplomatik missiyanızı başa çatdırırsınız. Sizi tanımağıma, birgə əməkdaşlığımıza çox şadam. Universitetimizin kollektivi sizi hər zaman xoş duyğularla xatırlayacaq. Harada olmağınızdan asılı olmayaraq, dualarımız sizinlə olacaq. Rumıniyalı dostlarımıza xoş arzularımızı çatdırın. İnanıram ki, öz işinizi hansı ölkədə davam etdirsəniz, Azərbaycan haqda danışacaq, bizi unutmayacaqsınız”.
Kamal Abdulla 44 günlük Vətən müharibəsində erməni təxribatları haqqında xəbərləri dünyaya çatdırmaq üçün ADU-da Qərargah yaradıldığını deyib və 20 dildə göndərilən məktublara Rumıniyanın müxtəlif təşkilatlarından reaksiya gəldiyini bildirib: “Vətən müharibəsi günlərində universitetimiz informasiya cəbhəsində çox fəal iştirak etdi. Yaradılan Qərargah vasitəsi ilə beş mindən artıq məktub müxtəlif ölkələrdəki təşkilatlara göndərildi. Rumıniyadakı həmkarlarımızdan dəstək məktubları aldıq. Bizim haqq savaşımızı dəstəkləyən bütün ölkələrə, eləcə də Rumıniyaya təşəkkürümü bildirirəm”.
Səfir Dan İanku səmimi qəbula görə minnətdarlığını bildirib. Artıq dörd ildir Rumıniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini yerinə yetirdiyini deyən diplomat bildirib ki, Azərbaycandan xoş təəssüratla ayrılır:
“Əlbəttə, Azərbaycanda olduğum dörd ili unutmayacam. Gözəl tarixi yerlər gördüm, qonaqpərvər insanlarla tanış oldum. Bizim işimizə yaxından dəstəyinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Bu illər ərzində Azərbaycan Dillər Universitetində çoxlu dostlar qazandım. Universitetin rektoru kimi sizə təşəkkür edirəm ki, hər zaman əlçatan və dostcanlı olmusunuz. Bu dörd il mənə həm də ona görə əzizdir ki, səfir kimi ilk fəaliyyətimi Azərbaycandan başlamışam. Azərbaycan hər gün inkişaf edir, insanların rifah halı yüksəlir. Harada çalışmağımdan asılı olmayaraq, bu gözəl ölkəni heç vaxt unutmayacam”.
Daha sonra ADU-nun prorektorları - professor Novruz Məmmədov, professor Sevinc Zeynalova və professor Jalə Qəribova Rumıniya universitetləri ilə tələbə mübadiləsi, rumın dilinin tədrisinin davam etdirilməsi, latın dilinin tədrisinin gələcək perspektivləri və s. istiqamətlərdə qarşılıqlı əməkdaşlıqla bağlı fikirlərini bildirib, səfirə gələcək fəaliyyətində uğurlar arzu ediblər.
Tehsil-press.az