ADPU-nun alimləri RİMM-də Nəsrəddin Tusiyə həsr olunan seminar keçiriblə

ADPU-nun alimləri RİMM-də Nəsrəddin Tusiyə həsr olunan seminar keçiriblə Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) dahi Azərbaycan alim-filosofu Şeyx Nəsrəddin Tusinin anadan olmasının 820 illiyinə həsr olunan onlayn seminar keçirilib. Seminara Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Bakı Dövlət Universiteti (BDU) və Bakı Slavyan Universitetinin (BSU) tələbələri, müxtəlif ali və orta məktəb müəllimlərindən 80 nəfərə yaxın iştirakçı qatılıb.
RİMM-in əməkdaşı Lubov Yakuninanın moderatorluğu ilə Zoom platformasında baş tutan tədbirdə bu yaxınlarda ADPU və RİMM arasında keçilirən əməkdaşlığa dair görüş çərçivəsində ADPU-nun alimləri Nəsrəddin Tusi irsinə aid seminar keçiriblər. Mühazirəçi qismində açılış sözü ilə çıxış edən ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev Azərbaycanın böyük mütəfəkkiri, müəllimlər müəllimi sayılan N.Tusinin irsinin öyrənilməsi və istifadə edilməsinin daim aktual məsələ olduğunu qeyd edərək, - böyük alimin "Müəllimlik bütün peşələrdən daha şərəfli peşədir, çünki müəllim insan yetişdirir!" fikrini xatırladıb. Prof. F.Rzayev bildirib ki, vaxtilə 90-cı illərdə ADPU məhz N.Tusinin adını daşıyıb. Öz çıxışında 100 illiyini qeyd edən ADPU-nun ölkəmizin elm və təhsilində oynadığı əhəmiyyətli rolu, universitetin müəllim hazırlığında keçdiyi tarixi yolu vurğulayan professor qeyd edib ki, eyni zamanda ADPU ölkədə pedaqoji fikrin mənbəyi kimi Azərbaycan pedaqoji irsinin tədqiqi və müasir pedaqogikada tətbiqində böyük işlər görüb.
ADPU-nun professoru, f.ü.e.d. Leyla Vəzirova Nəsrəddin Tusinin zəngin elmi-fəlsəfi yaradıcılığından söz açaraq onun demək olar ki, elmin və irfanın bütün sahələrində dərin biliyə malik dünya miqyaslı ensklopedik şəxsiyyət olduğunu bildirib. Onun irsinin yaşadılması və təbliği olduqca əhəmiyyətlidir. Bu baxımdan RİMM-in bu tip tədbirləri böyük önəmə sahibdir.
ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, p.ü.e.n. dosent Yaqut Rzayeva çıxışında böyük mütəfəkkirin əxlaqi-pedaqoji görüşlərindən söz açaraq onun tərbiyəyə aid yanaşmaların pedaqogikaşünaslığa xüsusi təsirindən danışıb.
Seminar suallar ətrafında davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər