Azərbaycan Dövlət Pedaqoji Universitet ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan Dövlət Pedaqoji Universitet ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri genişlənir Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi ADPU-nun rektoru, professor Cəfər Cəfərov və LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov imzalayıblar.
Müqaviləyə əsasən ADPU-nun kimya, biologiya və ibtidai sinif müəllimliyi ixtisasları üzrə LDU-da mütəxəssis hazırlığı həyata keçiriləcək və məzunlara ikili diplomlar veriləcək.
C. Cəfərov və N. İbrahimov bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər.

ADPU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər