Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev lektoriyasında Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nəsimi ili ilə əlaqədar tələbələr üçün "Nəsimi: kim idi, yeni tədqiqatlar: nə əslində necədir" adlı elmi seminar keçirilib. Seminar ötən ilin noyabr ayından etibarən könüllü əsaslarla tələbələrin elmi dünyagörüşünü artırmaq məqsədi ilə ADPU-da icra olunan Aprel Şəhidi Nurəddin Mirzəyevin xatirəsinə həsr edilmiş maarifləndirici elmi seminarlar layihəsi silsiləsindən növbəti görüşdür.
Seminarda ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, tədqiqatçı alim, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, o cümlədən institutun "Nəsimi qrupu"nun rəhbəri, müasir Azərbaycan nəsimişünaslığının ən dəyərli simalarından biri olan dosent Səadət Şıxıyeva, layihə rəhbəri Taleh Mirzəyev və TGT sədri Nurlan Hüseynov iştirak edib.
Professor Fikrət Rzayev qonağı və könüllü tələbələri salamlayıb, bu nəcib işin mahiyyətindən danışaraq müasir müəllim kadrlarının elmi-pedaqoji təfəkkürlərinin inkişafında klassik dühaların düzgün mənimsənilməsinin olduqca əhəmiyyətli olduğunu vurğulayıb. Bu dühalardan biri - hazırda 650 illik yubileyini qeyd etdiyimiz İmadəddin Nəsimi irsinin müstəqil Azərbaycan elmində ciddi araşdırıcısı olan Səadət xanımın tədqiqatlarının da bu baxımdan çox dəyərli olduğunu qeyd edib.
Mütəxəssis qismində çıxış edən dosent Səadət Şıxıyeva son vaxtlar apardıqları tədqiqatlar əsasında Nəsiminin şəxsiyyətinin təhlili və qavranılması məsələsinə toxunaraq, onun əslində, eyni anda bir cisimdə bir neçə tamdan ibarət ümumbəşəri dühasından danışıb. Onun musiqi, irfan, din elmləri, fəlsəfə, poeziya nəzəriyyəsi sahəsində ciddi bir sima kimi çıxış etdiyini vurğulayıb. Eyni zamanda şairin yaradıcılığında aparcı xətt kimi keçən "iki cahan" və "ənəlhəq" anlayışlarının mahiyyətindən söz açaraq gəldiyi nəticələri bölüşüb. Tədqiqatçının nəticələrinə görə, “iki cahan” ifadəsində kiçik və böyük dünyanı, cisim və can (Allahın uca ruhundan zərrə) simgələnir. Tədqiqatçı Nəsiminin məhkəməsinin təsvir olunduğu qaynaq əsasında onun əslində kafir olaraq din xadimləri tərəfindən ölümə məhkum edilmədiyini, əksinə, məhkəmədə olan 3 baş qazıdan heç birinin edam fətfasını imzalamadığını, onun edamına din pərdəsi adı altında Misir hökmdarının fərmanının səbəb olduğunu diqqətə çatdırıb. Çünki Nəsimi haqq tərəfdarı olan böyük bir şəxsiyyət idi və Hələb bölgəsində xalq arasında ciddi nüfuza malik idi. Bu isə hökmdarın haqsız hakimiyyətinə ciddi təhdid idi. Onun din xadimləri tərəfindən qətlə yetirilməsi, iki cahanın bir cahanla əvəzlənməsi sovet ideologiyasının yozumu və təqdimatı idi.
Sonda tələbələri maraqlandıran suallar ətrafında diskussiya davam etdirilib, Nəsimi irsinin araşdırılması sahəsində qarşıda duran aktual məsələlər qeyd olunub.

Taleh MİRZƏYEV,
ADPU
ADPU