Türkiyənın “Təhsil və məsləhət” Şirkətinin rəhbəri Erdem Söylemez ADPU-da

Türkiyənın “Təhsil və məsləhət” Şirkətinin rəhbəri Erdem Söylemez ADPU-da Orta məktəb müəllimlərinin bilik və bacarıqlarının artırılması sahəsində tanınmış ekspert, Türkiyənin “Təhsil və məsləhət” Şirkətinin rəhbəri Erdem Söylemez oktyabrın Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.
Qeyd edək ki, Erdem Söylemez oktyabrın 2-də ADPU-nun II nömrəli tədris binasında “XXI əsr şagirdinin təhsilində müəllimin rolu” mövzusunda mühazirə ilə çıxış edib. Tədbirdə ADPU-nun Davamlı təhsil və təlim şöbəsinin müdiri, dosent İsrayıl İsgəndərov, şöbənin əməkdaşları, müəllimlər, magistrantlar və təkrar ali təhsil alan tələbələr iştirak ediblər.
Erdem Söylemez “XXI əsrin müəllimi necə olmalıdır? Tələbələrlə münasibətdə nələrə diqqət yetirməlidir?” və s. bu kimi önəmli mövzularda çıxış edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Erdem Söylemez və Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin rəhbəri Rəqsanə Məmmədova ilə görüşüb. Görüşdə ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə,Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, Davamlı təhsil və təlim şöbəsinin müdiri, dosent İsrayıl İsgəndərov iştirak ediblər.
Görüşdə müasir dövrdə Azərbaycan müəllimlərinin üzərinə düşən vəzifələr, ADPU-nun müəllim hazırlığı sahəsində həyata keçirdiyi işlər, bu sahədə qazandığı uğurlar və gələcək planları müzakirə edilib.
Görüşdə həmçinin Türkiyənin “Təhsil və məsləhət” Şirkəti, Azərbaycan İngilis Dili Müəllimləri Birliyi və ADPU arasında əməkdaşlıq perspektivləri, ADPU-nun professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması imkanları müzakirə edilib.

ADPU-nun Məbuat Xidməti

Oxşar xəbərlər