Bakıda məktəblərin bağlanması iddiaları ilə bağlı - Rəsmi açıqlama

Bakıda məktəblərin bağlanması iddiaları ilə bağlı - Rəsmi açıqlama Sosial şəbəkələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin adından saxta məlumatlar paylaşılıb.
Məlumatda aprelin 2-dən 14-dək məktəblərin koronavirus səbəbindən bağlanacağı iddia edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məsələ ilə bağlı açıqlama yayıb və bunun saxta olduğunu bildirib:
“Əsassız olaraq rəsmi atributlar fonunda saxta məlumat yayaraq çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar!”

Tehsil-press.az


Oxşar xəbərlər