Bu il də məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada aparılacaq

Bu il də məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada aparılacaq Paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarına qeydiyyat bu il də elektron qaydada aparılacaq.
Bunu Tehsil-press.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov söyləyib. O bildirib ki, uşaqların məktəbəhazırlıq qruplarına qeydiyyatı ilə bağlı hər hansı məktəbə yaxınlaşmağa ehtiyac yoxdur. Prosesə start verildikdən sonra valideynlər övladlarını elektron sistem - mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirəcəklər.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər