ABŞ Müdafiə Nazirliyi (Pentaqon) transgenderlərin hərbi xidmətə alınması üçün yeni təlimatları təsdiq edib.
Bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.
Yeni qaydalara əsasən, transgenderlər yenidən Amerika Silahlı Qüvvələrinin sıralarına seçdikləri cinsin nümayəndəsi kimi daxil olmaq hüququ qazanırlar. Bundan başqa, hərbi rəhbərlik belə insanlara lazımi tibbi yardımın göstərilməsini təmin edir.
Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın 44-cü Prezidenti Barak Obama (2009-2017) transqenderlərə açıq şəkildə hərbi xidmətə daxil olmağa və lazımi tibbi yardım almağa icazə verib. Onun xələfi Donald Tramp Donald Tramp transgenderlərin ABŞ ordusunda hər hansı bir vəzifəyə sahib olmasına qarşı olduğunu bəyan edib. Cari ilin yanvar ayında ABŞ-ın hazırkı Prezidenti Co Bayden isə əvvəlki administrasiyanın tətbiq etdiyi məhdudiyyətləri ləğv edən fərman imzalayıb.
Tehsil-press.az