ABŞ Ukraynaya öldürücü silahların verilməsi məsələsində fasilə verib.
Tehsil-press.az “BBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu haqda “Vaşinqton Post” nəşri yazıb.
Nəşr qeyd edib ki, bir neçə aylıq danışıqlar və konsultasiyalardan sonra prezident Donald Trampın administrasiyası Barak Obama dövrünün siyasətinə qayıdıb. Sözügedən siyasət Ukraynaya öldürücü silahların verilməməsini nəzərdə tutur. Barak Obama administrasiyasının mövqeyi bundan ibarət idi ki, Ukraynaya hərbi yardımın artırılması diplomatik irəliləyişin qarşısını ala və Rusiya ilə böhranı kəskinləşdirə bilər.
Avqustun 24-də ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis bildirmişdi ki, Amerika administrasiyası Kiyevə öldürücü silahların verilməsi məsələsinə baxır.
Tehsil-press.az