ABŞ yenidən Kubanı terroristlərə dəstək verən ölkələr siyahısına saldı

ABŞ yenidən Kubanı terroristlərə dəstək verən ölkələr siyahısına saldı ABŞ-ın hazırkı prezidenti Donald Tramp administrasiyası yenidən Kubanı beynəlxalq terrorizmə dəstək verən dövlətlərin siyahısına salıb.
Bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo açıqlamasında bildirib.
“Dövlət Departamenti terrorçulara sığınacaq verərək beynəlxalq terror aktlarına dəfələrlə yardım etdiyinə görə Kubanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına daxil etdi", - deyə Pompeo qeyd edib.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama Kubanı 29 may 2015-ci ildə terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmışdı.

Tehsil-press.az



Oxşar xəbərlər