Eva Mariya Aux: İşğaldan azad olunmuş ərazilərə səfər burada gördüklərimizi dünyaya çatdırmaq üçün unikal imkandır

Eva Mariya Aux: İşğaldan azad olunmuş ərazilərə səfər burada gördüklərimizi dünyaya çatdırmaq üçün unikal imkandır Azərbaycanda olmağımdan olduqca məmnunam. İkinci Qarabağ müharibəsi zamanı baş verən hadisələr barədə Berlində internet vasitəsilə məlumat alırdıq. Çox təəssüf ki, alman cəmiyyətinə müharibə barədə həqiqətləri çatdırmaq çətin idi. Çünki münaqişə haqqında yalan məlumatlar yayılırdı. Həm də Qarabağ məsələsindən bəziləri siyasi məqsədlər üçün istifadə edirdi. Ona görə də mənim üçün burada olmaq, işğaldan azad olunan doğma torpaqlarınıza səfər etmək olduqca əhəmiyyətlidir. Bu səfər mənim üçün olduqca vacibdir.
Bu fikirləri ADA Universitetində jurnalistlərə açıqlamasında Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux söyləyib.
Professor daha sonra deyib: "Siz torpaqlarınızı işğaldan azad etmək üçün uzun illər gözləmisiniz, beynəlxalq hüquq çərçivəsində hərəkət etmisiniz. Buna görə də bu səfər bizim üçün vəziyyəti öz gözlərimizlə görmək, hadisə şahidlərini dinləmək, həqiqətləri çatdırmaq üçün unikal imkandır. Ümid edirəm ki, həmkarlarım bu səfərdən sonra ölkələrində doğru məlumatların yayılmasına yardımçı olacaqlar".

Tehsil-press.az


Oxşar xəbərlər