Qarabağ və işğal olunmuş 7 rayon Azərbaycana geri qaytarılmalıdır

Qarabağ və işğal olunmuş 7 rayon Azərbaycana geri qaytarılmalıdır "Ermənistanın son günlərdə müntəzəm olaraq atəşkəsi pozaraq həyata keçirdiyi təxribatları Azərbaycan tərəfi layiqincə cavablandırdı. Bununla da Azərbaycan Silahlı Qüvvələri və xalqı torpaqlarını işğaldan azad etmək naminə döyüşə hazır olduğunu nümayiş etdirdi. Mənim fikrimcə, artıq bu prosesi dayandırmaq mümkün deyil. Bu münaqişəni həll edilməmiş formada saxlamaq olmaz. Tərəflər hərbi yolla deyil, masa arxasında danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində problemin həllini tapmalıdırlar".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moskva filialının direktoru, professor Natalya Krasovskaya səsləndirib. Direktorun sözlərinə görə, müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar da təsdiqləyir ki, Qarabağ və işğal olunmuş 7 rayon Azərbaycanın tərkib hissəsidir və de-fakto geri qaytarılmalıdır: "Ümid edirəm ki, problemin həlli yolunda danışıqlar daha intensiv rejimdə davam edəcək və Azərbaycanın bu qətiyyətli çağırışı sülh yolu ilə həllini tapacaq. Rusiya bilavasitə öz sərhədlərinin yaxınlığında sülh və əmin-amanlığın olmasında maraqlıdır və düşünürəm ki, problemin sülh yolu ilə həllinə yardımını əsirgəməyəcək".

tehsil-press.az

Oxşar xəbərlər