Martın 10-11-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İşğaldan azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulma məsələləri” mövzusunda onlayn respublika elmi-praktik konfransı keçiriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azəriqaz” İstehsalat Birliyi, “Azəristiliktəchizat” ASC, Memarlıq və İnşaat Elminin İnkişafına Yardım Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək konfrans 2 gün 8 bölmə üzrə davam edəcək.
Konfrans işğaldan azad olunan ərazilərimizdə mühəndis infrastrukturunun, tarixi və mədəniyyət abidələrinin müasir texnologiyalar əsasında yenidən qurulması işlərində AzMİU alimlərinin yaxından iştirakını təmin etmək məqsədi daşıyır. Konfransda işğaldan azad olunmuş ərazilərdə tarixi və mədəniyyət abidələrinin, su təsərrüfatı və meliorasiya sistemlərinin bərpası, Qarabağın yaşayış məntəqələrinin memarlıq planlaşdırılması, mühəndis-kommunikasiya sistemlərinin, yol infrastrukturunun yenidən qurulması, ərazinin ekoloji problemləri və onların həlli yolları və s. məsələlər müzakirə olunacaq.
Tehsil-press.az