Bakı Dövlət Universitetində qazaxıstanlı tələbələr üçün təşkil edilən təcrübə proqramı yekunlaşıb

Bakı Dövlət Universitetində qazaxıstanlı tələbələr üçün təşkil edilən təcrübə proqramı yekunlaşıb Qazaxıstanın L.Qumilyov adına Avrasiya Milli Universiteti (AMU) ilə Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma əsasən, AMU-nun 16 magistrantı BDU-da təcrübə keçib.
Təcrübə proqramı qazaxıstanlı tələbələrin ixtisaslarına uyğun olaraq hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrində təşkil edilib.
Proqram uğurla başa çatıb və tələbələrə sertifikatlar, BDU-nun xatirə hədiyyələri təqdim olunub.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər