Turizm və Menecment Universiteti tələbələrinin məqalələri beynəlxalq simpoziumun xüsusi buraxılışında dərc olunub

Turizm və Menecment Universiteti tələbələrinin məqalələri beynəlxalq simpoziumun xüsusi buraxılışında dərc olunub Buxarest şəhərində ölkənin Artifex Universitetinin və Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Rumıniya 100: Avropa qlobal sosial-iqtisadi məzmunda” mövzusunda beynəlxalq simpozium keçirilib.
Universitetin bir qrup tələbəsi beynəlxalq simpoziumun 696 səhifəlik xüsusi buraxılışında öz məqalələri ilə təmsil olunublar.
Beynəlxalq tədbirdə Belarus, Bolqarıstan, İtaliya, Moldova, Rusiya, Serbiya və Ukraynanın müvafiq ali təhsil müəssisələrindən və Elmlər Akademiyası nəzdindəki institutlardan alim və mütəxəssislər iştirak ediblər.
Qeyd edək ki, ATMU-nun tələbə və müəllimləri mütəmadi olaraq beynəlxalq konfrans və simpoziumlarda iştirak edir, bu tədbirlərə onların elmi məruzələri təqdim olunur.

ATMU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər