“Almaniyada həkim işləyən həmyerlilərimizlə tibb təhsili sahəsində əməkdaşlıq” mövzusunda onlayn vebinar keçiriləcək

“Almaniyada həkim işləyən həmyerlilərimizlə tibb təhsili sahəsində əməkdaşlıq” mövzusunda onlayn vebinar keçiriləcək Aprelin 23-də “Almaniyada həkim işləyən həmyerlilərimizlə tibb təhsili sahəsində əməkdaşlıq" mövzusunda onlayn vebinar keçiriləcək.
Onlayn görüşdə iştirak edəcək qonaqların hər biri öz sahələrinə uyğun dinləyiciləri maraqlandıra biləcək məqamlardan danışacaqlar. Görüş zamanı, həmçinin həmyerlilərimizin ölkəmizdə tibb təhsili sahəsinə verə biləcəkləri töhfələr müzakirə ediləcək.
Maraqlananlar qonaqlara sualları və yaxud mövzu ilə bağlı fikirlərini Təhsil Nazirliyinin feysbuk səhifəsində yer almış müvafiq postun rəy bölməsində qeyd edə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər