Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində işəgötürənlərlə əməkdaşlıq və yaradılan iş imkanları mövzusunda vebinar keçirilib.
Vebinarda mərkəzdə təhsil almağın üstünlükləri və yaradılan iş imkanları müzakirə olunub.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə qeyd edib ki, peşə təhsilinin inkişaf etdirilməsində işəgötürənlərlə əməkdaşlıq mühüm rol oynayır. Peşə təhsili müəssisələrinin məqsədi işəgötürənlərin tələblərinə tam cavab verən kadrlar yetişdirməkdir. Əmək bazarında ehtiyac duyulan peşələrin müəyyənləşdirilməsində isə işəgötürənlərlə əməkdaşlıq vacibdir.
Nigar İsmayılzadə peşə təhsili müəssisələrinə qəbul haqqında ətraflı məlumat verib. O bildirib ki, sənəd qəbulu avqustun 24-dək elektron qaydada həyata keçiriləcək. Peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində (http://qebul.vet.edu.az/) ərizəni doldurmalıdır. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılacaq. Qəbul prosesində hər namizədə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılacaq.
Diqqətə çatdırılıb ki, 2020/2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tədris istehsalat işləri üzrə direktor müavini Kifayət Bayramova müəssisədə aparılan kadr hazırlığı haqqında ətraflı məlumat verib. O bildirib ki, mərkəzdə oxumaq üçün müraciət edən gənclərə təhsilin əvvəlindən başlayaraq praktiki bacarıqlar da öyrədilir. Bu istiqamətdə işəgötürənlərlə sıx əməkdaşlıq qurulub. Mərkəzdə maddi-texniki baza yüksək səviyyədədir. Mütəmadi olaraq tələbələr üçün təlimlər, ustad dərsləri təşkil edilir.
Vebinarda “JW Marriott Absheron Baku” otelinin İnsan resursları şöbəsinin müdiri Sevinc Purvis, “Boulevard Side Hotel”in İnsan resursları üzrə direktoru Nərminə Quliyeva, “Af Hotel City”nin icraçı direktoru Tahir Məmmədov, “Azərbaycan Aşpazlar Gildiyası”nın vitse-prezidenti Anar Qasımov peşə təhsil mərkəzləri ilə əməkdaşlıqlarından bəhs ediblər.
Vebinar Peşə Təhsili üzrə Dövlət Agentliyinin “YouTube” və “Facebook” səhifələrində canlı yayımlanıb, izləyicilərin sualları cavablandırılıb.
Tehsil-press.az