Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti beynəlxalq onlayn vebinar keçirəcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti beynəlxalq onlayn vebinar keçirəcək Avqustun 24-25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Yaradıcılıq yönümlü təhsil müəssisələrində distant təhsilin aktual problemləri” mövzusunda beynəlxalq onlayn vebinar keçirəcək.
Müxtəlif ölkələrin ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə keçiriləcək vebinarda rəqəmsal tədris formatına keçidin yaratdığı problemlərə nəzər salınacaq, distant təhsil texnologiyasından istifadə edərək tədrisin qurulması prosesinin təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Vebinarda, həmçinin bədii təhsil sahəsində tədris prosesini stabilləşdirməyə və tədrisin keyfiyyətinin yüksəldilməsinə kömək edəcək innovativ metod və texnologiyaların tətbiqi, müxtəlif bədii yönümlü məktəblərin praktiki nailiyyətlərinin ümumiləşdirilməsi və təcrübə mübadiləsi kimi aktual məsələlərin müzakirəsi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər