“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransı başa çatıb

“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransı başa çatıb Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq elmi konfransları çərçivəsində onlayn keçirilən “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransı öz işini yekunlaşdırıb.
Konfrans “Ekoloji problemlər və biotexnologiya”, “Neft-qaz və neft-kimya prosesləri”, “Mütərəqqi materiallar və polimerlər”, “Bərpaolunan enerji” bölmələrini əhatə edib.
Konfransa yerli və xarici təhsil müəssisələrindən tələbə və gənc tədqiqatçılar tərəfindən 131 tezis təqdim olunub. Tezislər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan-Fransız Universitetinin, AMEA-nın Neft-Kimya Prosesləri, Molekulyar Biologiya və Biotexnologiyalar, Polimer Materialları, Kataliz və Qeyri-üzvi Kimya institutlarının, eləcə də digər təhsil müəssisələrinin tələbə və tədqiqatçıları tərəfindən təqdim edilib.
Konfransda maraqlı və yenilikçi təqdimatlar olub.

Tehsil-press.az

Oxşar xəbərlər