Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsinin təşkilatçılığı ilə ADNSU-nun 100 illiyinə həsr olunmuş “Kimya mühəndisliyinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçirilib.
Onlayn formatda keçirilən videokonfransa yerli təşkilatlar, universitetlər, tədqiqat institutları, həmçinin alim və professorlarla yanaşı, dünyanın 10-dan çox ölkəsindən universitet rəhbərləri, məşhur alimlər qatılıblar.
Beynəlxalq elmi-texniki konfransda ADNSU-nun Kimya-texnologiya fakültəsinin üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının müdiri professor Fariz Əmirov, fakültənin dekanı professor Sevinc Məmmədxanova və digər iştirakçılar konfransın əhəmiyyəti, müasir kimya elminin hədəfləri və yenilikləri, bu istiqamətdə əldə olan aktual problemlər, yeni inkişaf meyillərindən danışıblar.
Professor Fariz Əmirov bildirib ki, konfransın əsas məqsədi yerli və xarici elm, təhsil və sənaye nümayəndələrinin ünsiyyət qurmaları, təcrübə mübadiləsinin aparılması, yeni əlaqələrin müəyyənləşdirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin kimya mühəndisliyinin inkişafının müasir mərhələsində ən perspektivli elmi istiqamətlərin işıqlandırılmasıdır.
Rusiya, Ukrayna, Türkiyə, İspaniya, Böyük Britaniya, Almaniya, Polşa və digər ölkələrdən 65 alim və məruzəçi də daxil olmaqla ümumilikdə 250-yə yaxın iştirakçının qatıldığı konfransa 300-ə yaxın material təqdim olunub. Məqalə və tezis formasında qəbul olunan materiallar araşdırmalardan sonra nüfuzlu yerli və beynəlxalq jurnallarda dərc ediləcək. Konfrans maraqlı elmi müzakirələrin aparılması və məruzələrlə işini başa çatdırıb.
Tehsil-press.az