Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dissertasiya işlərinin onlayn müzakirəsi keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dissertasiya işlərinin onlayn müzakirəsi keçirilib AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda kimyəvi kinetika və kataliz, qeyri-üzvi kimya, fiziki kimya, neft-kimya proseslərinin riyazi modelləşdirilməsi və yüksəkmolekullu birləşmələr kimyası ixtisaslarında təhsil alan II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi onlayn rejimdə keçirilib.
Dissertasiya işlərinə elmi rəhbərlər müsbət rəy verərək işlərin müdafiəyə buraxılmasını tövsiyə ediblər. İlkin müzakirələr hər bir magistrantın elmi-tədqiqat işini apardığı şöbə əməkdaşlarının, elmi rəhbərlərinin iştirakı ilə təşkil edilib.
İkinci kurs magistrantların əsas müdafiəsinin iyunun 25-də keçirilməsi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər