Sarkisyan Ermənistanın indiki hakimiyyətini təhqir etdi

Sarkisyan Ermənistanın indiki hakimiyyətini təhqir etdi “Əgər biz qurduqsa, onlar qurdbasanlar deyillər, çaqqallardır”.
Bu sözləri Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan “Hakimiyyət” filminin rejissoru Mqer Mkrtçyana müsahibəsində ölkənin indiki hakimiyyətindən danışarkən deyib.
Mkrtçyan Sarkisyanın hazırkı Prezident Armen Sarkisyan haqqında fikirləri ilə də maraqlanıb.
“Hakimiyyət divarın üzərindəki kölgə kimidir və elə olur ki, balaca adamlar böyük kölgə salırlar", - Sarkisyan deyib.
Xatırladaq ki, S.Sarkisyan Baş nazir postundan 2018-ci il aprelin 23-də günlərlə davam edən etiraz aksiyalarından sonra istefa verib. Mayın 8-də etirazların lideri Nikol Paşinyan Baş nazir seçilib.

Tehsil-press.az

Oxşar xəbərlər