Putin Ermənistan üçün narahatdır - Sarkisyanla danışdı

Putin Ermənistan üçün narahatdır - Sarkisyanla danışdı Rusiya və Ermənistan prezidentləri Vladimir Putinlə Armen Sarkisyan arasında telefon danışığı olub.
Bu barədə Kremlin rəsmi saytının məlumatında bildirilir.
Qeyd olunur ki, tərəflər Ermənistandakı mövcud vəziyyəti müzakirə ediblər:
“Vladimir Putin və Armen Sarkisyan daxili krizisin qısa müddətdə həlli üçün ölkənin bütün siyasi qüvvələrinin təmkin göstərmələrinin, mövcud problemlərin konstruktiv dialoq və Konstitusiya çərçivəsində həllinin vacibliyini vurğulayıblar”, -deyə məlumatda vurğulanır.
Qeyd edək ki, son günlər Ermənistanı bürüyən etiraz dalğalarına müxalifət lideri, deputat Nikol Paşinyan rəhbərlik edir. Baş nazir Serj Sarkisyan aksiyalar fonunda istefa verməyə məcbur olub.

Tehsil-press.az

Oxşar xəbərlər