Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının birgə təşkilatçılığı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemləri” mövzusunda onlayn elmi-praktiki seminar keçirilib.
Seminarda Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisinin birinci müavini Elşad Nəsirov və BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev açılış nitqi ilə çıxış ediblər. Çıxışlarda antinarkotik təbliğata xüsusi önəm verildiyi, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edildiyi, eləcə də təhsil müəssisələrində yeniyetmə və gənclərin məlumatlandırılması üçün davamlı olaraq maarifləndirmə işlərinin aparıldığı qeyd edilib.
BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının müdiri professor Şəhla Səmədova, Azərbaycan Respublikası DTX-nin Heydər Əliyev adına Akademiyasının Cinayət hüququ kafedrasının rəisi Azər İsmayılov, BDU-nun Cinayət prosesi kafedrasının müdiri professor Firuzə Abbasova, BDU-nun Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri professor Kamil Səlimov, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Elmi-Tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki, dosent Hikmət Eyvazov, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Cinayət prosesi kafedrasının rəisi, polis polkovniki, dosent Səyyad Ağayev, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin Kompleks ekspertizalar şöbəsinin rəisi, Ceyhun Ələkbərov, Azərbaycan Respublikası Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev, BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi Aynurə Musayeva, DTX-nın Heydər Əliyev adına Akademiyasının müəllimi Elvin Balacanov, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi Mətanət Əsgərova, BDU-nun Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti Baxşeyiş Əsgərov məruzə ediblər.
Məruzələrdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənın cinayət-hüquqi problemləri, narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsi ilə mübarizədə əməliyyat-axtarış fəaliyyətinin bəzi problemləri, bu tip maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənın bəzi prosessual məsələləri, Azərbaycan Respublikasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin qanunvericilik əsasları, dövriyyəsi qadağan olunmuş yeni növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarına qarşı mübarizə, narkomanlığa qarşı mübarizədə Ali təhsil müəssisələrinin rolu, kriptovalyutalar və narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yetkinlik yaşına çatmayanların cinyət məsuliyyəti məsələləri diqqətə çatdırılıb.
Tehsil-press.az