Noyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, o cümlədən tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə maarifləndirmə xarakterli tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev narkotik vasitələrin istifadəsinin qarşısının alınması məqsədi ilə görülən işlərdən söz açıb. O, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq maarifləndirici tədbirin ilk olaraq ADU-da keçirilməsini yüksək qiymətləndirib. Sonra professor qonaqları iştirakçılara təqdim edib.
Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Vasif Quliyev narkomaniyanın bəşəriyyəti narahat edən məsələlərdən biri olduğunu söyləyib. O, Azərbaycan müstəqillik əldə etdikdən sonra bu məsələnin daha çox aktuallaşdığını diqqətə çatdırıb. V.Quliyev təmsil etdiyi komissiyanın fəaliyyəti barədə iştirakçıları ətraflı məlumatlandırıb. Bu sahədə Azərbaycan dövlətinin zəruri addımlar atdığını bildirən V.Quliyev hər il narkotik vasitələrin dövriyyədən çıxarıldığını qeyd edib. Bu bəlaya gənclərin daha çox düçar olduğunu diqqətə çatdıran V.Quliyev cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sırasında gənclərin çoxluq təşkil etdiyini sözlərinə əlavə edib. Belə tədbirlərin keçirilməsinin əsas məqsədinin gənclərin düzgün istiqamətdə məlumatlandırılması olduğunu deyən V.Quliyev narkotik vasitələrin istifadəsinə qarşı mübarizə aparmaq məqsədi ilə Azərbaycanın BMT-nin üç konvensiyasına qoşulduğunu bildirib.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktor müavini Bilal Əsədov narkomaniyanın narkotik vasitələrdən istifadə etməklə asılılıq nəticəsində yaranan xəstəlik olduğunu qeyd edib. O, bu xəstəliyə yoluxmağın asan, ondan qurtulmağın isə çox çətin proses olduğunu vurğulayıb.
Daha sonra Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin narkoloq həkimi Rövşən Kərimli “Narkotik vasitələr insanı məhv edir” adlı təqdimatla çıxış edib. O, narkotik vasitələrin insan həyatının məhv etdiyini bildirərək narkotik maddələrin eyforiyaya səbəb olduğunu, fiziki və psixoloji asılılıq törətdiyini, daim narkotik vasitələrdən istifadə edən şəxslərin fiziki və psixi sağlamlığına əhəmiyyətli ziyan vurmaq qabiliyyətinin olduğunu söyləyib. R.Kərimli, həmçinin narkotik vasitələrin təbiətinə və təsir effektinə görə təsnifatından söz açıb. O, inyeksion yolla narkotik vasitələrdən istifadə edən şəxslərin virus mənşəli QİÇS, hepatit B,C və s. xəstəliklərə yoluxma riskinin artdığını da sözlərinə əlavə edib.
DİN-in Narkotiklərin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Baş İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Məmmədli çıxışında narkotik istehsal edən ölkələrdə, xüsusilə Əfqanıstanda mütəşəkkil cinayətkar qrupların narkotik maddələr hazırladığını və demək olar ki əksər ölkələri təmin etdiyini vurğulayıb. O, bildirib ki, narkotik vasitələrdən istifadə edən şəxslər müalicə nəticəsində bu problemdən fiziki cəhətdən qurtulsalar da, psixoloji baxımdan onu aradan qaldırmaq çətindir.
Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun böyük referenti Raqif Allahverdiyev təmsil etdiyi komissiyanın narkomanlığa qarşı maarifləndirmə sahəsində həyata keçirdiyi layihələrdən söz açıb, bununla bağlı ictimai yerlərdə sosial video-çarxlar yerləşdirdiklərini iştirakçıların diqqətinə çatdırıb.
Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə bu kimi maarifləndirici tədbirlərin silsilə şəklində təşkil olunacağını bildirərək tədbirin ərsəyə gəlməsinə şərait yaratdıqlarına görə ADU rəhbərliyinə öz minnətdarlığını ifadə edib. O, çıxışında narkotiklərin gələcək nəsilləri məhv etdiyini bildirərək hamını narkotiklərdən uzaq durmağa səsləyib.
Tədbirdə iştirakçılara Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən hazırlanan broşürlər də paylanılıb.

ADU-nun Mətbuat Xidməti