Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılğı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktual problemləri” mövzusunda onlayn elmi-praktik seminar keçirilib.
Virtual tədbirdə Hüquq fakültəsinin dekanı Əmir Əliyev ölkəmizdə insan alverinə qarşı mübarizə istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, antinarkotik təbliğata xüsusi önəm verildiyini, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edildiyini, eləcə də təhsil müəssisələrində yeniyetmə və gənclərin məlumatlandırılması üçün davamlı olaraq maarifləndirmə işlərinin aparıldığını qeyd edib. Dekan vurğulayıb ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində kompleks tədbirlər görür, ölkəmizin bu sahədə təcrübəsi bir sıra digər ölkələr üçün nümunədir. Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir.
Sonra Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənin regional problemləri”, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova “Azərbaycan Respublikasının cinayət hüququnda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məsuliyyətin problemləri” və Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının dosenti Mehparə Fətullayevanın “Köləlik və insan alveri ilə mübarizədə beynəlxalq hüququn yeri və rolu” mövzularında məruzələri dinlənilib. Həmçinin Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova “Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunundakı cinayət prosessual hüquq normaları haqqında”, Ədliyyə Akademiyasının baş müəllimi Mətanət Əsgərova “İnsan alveri cinayətinin anlayışının təkmilləşdirilməsi məsələləri”, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti Rəna Quliyeva “İnsan alverinə qarşı mübarizənin təkmilləşdirilməsi yolları”, Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətində şöbə rəisi, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Əlövsət Allahverdiyev “İnsan alverinə qarşı mübarizənin beynəlxalq-hüquqi əsasları”, Daxili İşlər Nazirliyinin idarə rəisinin müavini Elnur Aslanov “İnsan alveri və məcburi əməklə mübarizənin əsas aspektləri” mövzularında məruzə ilə çıxış ediblər.
Çıxışlarda narkomaniya, narkobiznes və ona qarşı mübarizə, Azərbaycan Respublikasının narkomaniya və narkobiznesə qarşı mübarizədə həyata keçirdiyi tədbirlər, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələrindən bəhs olunub. Eyni zamanda, məcburi əməyin və insan alverinin qarşısının alınması, onun potensial qurbanlarının müəyyən edilməsi, uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalar, insan alverinə qarşı mübarizəyə dair elmi tədqiqatların aparılmasının təmin edilməsi, narkomanlığın ilkin profilaktikası, antinarkoloji təbliğat və maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq, insan alveri bu gün ictimaiyyəti, tutduğu vəzifədən, ictimai mövqeyindən, yaşından asılı olmayaraq hər bir vətəndaşı ciddi düşündürməli və narahat etməlidir. Son illər ərzində Azərbaycanın insan alveri ilə mübarizə sahəsi üzrə ikitərəfli və çoxtərəfli formatda xarici ölkələrlə, o cümlədən BMT, BMqT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyi vurğulanıb.
Tehsil-press.az