ABŞ Estoniyada son 25 ildə Avropadakı ən böyük təlimlərinə başlayıb.
Bu barədə Esotniya Müdafiə Qüvvələrinin baş qərargahının mətbuat xidmətindən bildirilib. Məlumata görə, “Swift Response” adlanan təlimlər “ABŞ-ın Avropadakı “Defender Europe” manevrinin başlanğıcı hesab olunur.
Qərargahdan verilən məlumata görə, mayın 5-də Estoniya Müdafiə Qüvvələrinin mərkəzi poliqonunda ABŞ Ordusunun 41-ci səhra artilleriya briqadasının MLRS çoxsaylı raket sistemlərindən canlı atışı baş verib. Beş qurğu 10-dan çox raket atıb.
Mayın 7-də isə ABŞ-ın 82-ci Hava-Desant Bölməsinin hərbçiləri Yarva əyalətinin Nurmsi qəsəbəsindəki aerodroma eniş edəcəklər. Bundan əlavə, paraşütlə ağır texnika və avadanlıqlar atılacaq. Desantların əksəriyyəti Estoniyaya birbaşa ABŞ-dan, Şimali Karolinadan gələcəklər.
Mayın 8-də gecə-gündüz Amerika qoşunları Nurmsidən Mərkəzi poliqona hərəkət edəcək.
Təlimlər mayın 14-də başa çatacaq. Manevrlərdə Estoniya, ABŞ, Böyük Britaniya Müdafiə Qüvvələrinin təxminən 2,5 min hərbçisi, 20-dən çox təyyarə və 25 helikopter iştirak edəcək.
Tehsil-press.az