NATO son 25 ilin ən böyük təliminə hazırlaşır

NATO son 25 ilin ən böyük təliminə hazırlaşır NATO son 25 ilin ən böyük hərbi təlimlərindən biri olan “Defender Europe-21” üçün hazırlıqlarını tamamlayır.
Təlimlərə 21-i NATO üzvü olmaqla, 26 ölkə qatılacaq.
17 may-2 iyun tarixləri arasında baş tutacaq NATO təliminin builki mərkəzi Balkanlar olacaq.
Təlimlərə qatılacaq ölkələrə təchizat və sursat nəqli mart ayında başlayıb.
Təlimlər 28 min hərbçinin iştirakı ilə 12 ölkədə keçiriləcək.
Bosniya-Herseqovina, Moldova, Ukrayna və Gürcüstan da NATO üzvü olmadıqları halda, “Defender Europe 21”ə qatılan ölkələr arasındadır.
ABŞ liderliyindəki təlim Rusiyaya “göz dağı” kimi qiymətləndirilir.

Tehsil-press.az


Oxşar xəbərlər