Gürcüstan, Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçirəcək

Gürcüstan, Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçirəcək Gürcüstan, Türkiyə və Azərbaycan bu ilin iyun və sentyabr aylarında birgə təlimlər keçirməyi planlaşdırır.

Tehsil-press.az-n məlumatına görə, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria azərbaycanlı həmkarı Zakir Həsənovla görüşündən sonra deyib.
Onun sözlərinə görə, bu planları müzakirə etmək üçün mayın 23-də Türkiyənin müdafiə naziri Fikri İşığın da qatılacağı üçtərəfli görüş keçiriləcək.
L.İzoria qeyd edib ki, 4-14 iyun tarixlərində Türkiyədə hər üç ölkənin xüsusi əməliyyat qüvvələrinin iştirak edəcəyi “Caucasus Eagle” təlimləri keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər