Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq reytinq sıralanmasında mövqeyinin yaxşılaşdırılması məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin təşkilatçılığı ilə “Elmi nəşrlərin nüfuzunun artırılması üçün nə etməli?” mövzusunda onlayn seminar keçirilib.
UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri dosent Həmid Həmidov tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.
Sonra İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, “Azərbaycan Dövlət İqtisad Universitetinin elmi xəbərləri” jurnalının baş redaktorunun müavini, Əməkdar elm xadimi, professor Yadulla Həsənli UNEC nəşrləri haqqında məlumat verib. Məruzəçi nüfuzlu jurnallara məqalələrin qəbul qaydalarından, qısamüddətli və uzunmüddətli dövrlər üçün yüksək reytinqli xülasələndirmə və indeksləşmə bazalarına daxil olmağa dair zəruri tələblərdən danışıb.
“The Journal of Economic Sciences: Theory and Practice” nəşrinin həmredaktoru dosent Nazim Hacıyev jurnalın bir sıra beynəlxalq elmi bazalara, eləcə də “Scopus” bazasına daxil olması istiqamətində görülən işlərdən söz açıb, bu istiqamətdə beynəlxalq təcrübəni paylaşıb. O, əməkdaşlara UNEC elmi jurnallarında dərc olunmuş məqalələrə istinad vermələrini tövsiyə edib.
Sonda mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az