Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin tərkibində elmmetrika şöbəsi fəaliyyətə başlayıb.
Professor-müəllim heyətinin elmi fəaliyyəti haqqında informasiyanın toplanması və onun sistemləşdirilməsi, nəşr aktivliyinin və istinad göstəricilərinin yüksəldilməsi işlərinə metodiki dəstək olan şöbə UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində atılan növbəti addımdır.
Şöbə professor-müəllim heyətinin beynəlxalq elmi bazalardan istifadəsinə və istismarına nəzarət edəcək, struktur bölmələrinin məqalə aktivliyinin və istinad göstəricilərinin yüksəldilməsi işlərinin stimullaşdırılması, qiymətləndirmə metodlarının işlənməsi sahəsində tədbirlər həyata keçirəcək.
Elmmetrika şöbəsi universitetin professor-müəllim heyətinin və elmi kadrların intellektual fəaliyyət mədəniyyətinin, məqalə aktivliyinin, elmi əməyin müasir metod və texnologiyalarının mənimsənilməsi səviyyəsinin artırılması məqsədilə metodoloji və sorğu materiallarının, vəsaitlərin, tövsiyələrin hazırlanması, çapı və yayılması istiqamətində işlər görəcək.
Şöbə, həmçinin UNEC-in alimlərinin elektron elmi kitabxanalarda qeydiyyatının təşkilini, dərc olunan elmi jurnalların impakt faktorlarının artırılmasının stimullaşdırılmasını, dissertasiya şuralarının fəaliyyətinin elmmetrik monitorinqini həyata keçirəcək.

UNEC-in Mətbuat Xidməti