Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) fəaliyyət göstərən tədqiqat mərkəzlərinin rəhbər və əməkdaşları ilə onlayn görüş keçirilib. Tədbir Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi tərəfindən reallaşdırılıb.
Görüşdə tədqiqat mərkəzlərinin fəaliyyətinin mövcud vəziyyəti müzakirə olunub. Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov UNEC-də fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün konkret və spesifik istiqamətlər üzrə 31 tədqiqat mərkəzi yaradıldığını, onların əksəriyyətinin tam formalaşdığını bildirib. Qeyd edib ki, mərkəzlərin fəaliyyətlərinin təşkili üçün infrastruktur yaradılması, müasir maddi-texniki baza ilə təmin olunması nəzərdə tutulur. “Elm aylığı” çərçivəsində tədqiqat mərkəzlərinin nəzərdə tutulan tədbirləri onlayn keçiriləcək.
Daha sonra mərkəz rəhbərləri əldə olunan nailiyyətlər, iştirak etdikləri beynəlxalq proqram və layihələr, əməkdaşlıq istiqamətləri, həmçinin mövcud durum barədə danışıblar. Çıxışlarda UNEC tədqiqat mərkəzlərinin müştərək fəaliyyətlərinin gücləndirilməsi və onların beynəlxalq elmi proqramlara, qrant layihələrinə qoşulması, beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (“Web of Science”, “Scopus”) məqalə sayının artırılması ilə bağlı təkliflər irəli sürülüb.
Tehsil-press.az