Barselona Avtonom Universitetindən tədqiqatçılar müəyyən ediblər ki, beyində badamabənzər cismin neyron zəncirlərindən birini bloklayan eyni maddə erkək və dişiyə fərqli təsir göstərir. Eksperimentdə istifadə edilən maddə osanetantdır. Araşdırmanın nəticələri “Nature Communications” jurnalında dərc edilib.
Eksperiment zamanı həmin preparatdan xoşagəlməz, qorxulu xatirələri yaddaşdan silmək üçün istifadə olunub.
Tədqiqatçılar siçanlarda amiqdalın neyronlarını və ya badamabənzər cismin aktivliyini dayandırmağa çalışıblar. Amiqdal isə beyində əsas emosiya mərkəzlərindən biridir. Hesab edilir ki, emosional neyron zəncirlərinin fəallığı dayandırılarsa, yaxud heç olmasa tənzimlənərsə, posttravmatik və fobiya tutmaları baş verməyə bilər.
Məlum olub ki, osanetant bunun öhdəsindən gələ bilər, lakin qorxulu xatirələrlə bağlı yalnız erkəklərə kömək edir, dişilərdə isə preparatın təsirindən qorxulu xatirələr daha da dərinləşib. Bu cür fərqli təsirin səbəbi onda idi ki, osanetant, aktivliyini dayandırdığı neyronlarda həm də cinsi hormonların reseptorları ilə əlaqədə olub: erkəyin neyronlarında testosteron reseptorlarına, dişinin neyronlarında estrogen reseptorlarına çöküb.
Tədqiqatçıların fikrincə, emosiyalarla bağlı yaddaş hormonlardan bu qədər asılıdırsa, onda psixoterapevtik preparatları iki variantda – kişi və qadın üçün işləyib-hazırlamaq lazımdır.
Tehsil-press.az