Alimlərin fikrincə, uşaqların yaşadığı stres hallarından beyində yaranan epigenetik dəyişiklik böyük yaşlarda depressiya ehtimalını artırır.
Maunt-Sinay Tibb Mərkəzinin əməkdaşları stres keçirmiş siçanlarla (gün ərzində 4 saat anasından ayrı saxlanmış, yatmağa imkan verilməmiş) eksperiment aparıblar. Onların yanında daha böyük və aqressiv siçan yerləşdirilib, yəni onlar üçün ikinci stres yaşadılıb. Bundan sonra siçanlar depressiya düşmüş kimi davranıb: ətraf mühitlə maraqlanmayıb, digər siçanlarla ünsiyyətə cəhd göstərməyib, suya atılanda isə oradan çox ləng çıxıb. Körpə ikən qorxu keçirməyən adi siçanlar böyük və aqressiv siçanla görüşə daha yaxşı dözüb. Böyük siçan qorxutsa da, onlarda ünsiyyətcillik azalmayıb və sıxıntılı durum yaranmayıb.
Tədqiqatçılar diqqət yetiriblər ki, depressiyaya düşmüş siçanlarda H3 histon zülallardan birində xüsusi əlamətlər var. Onlar gen mühəndisliyinin köməyilə normal siçanlarda histonları modifikasiya edən iki fermentin fəallığını artırıb və azaldıblar. Fermentlərin aktivliyi hər yerdə deyil, yalnız D2 dopamin reseptoru daşıyan accumbens nüvələrin neyronlarında dəyişdirilib. Psixoloji stresə davamlılıq bu neyronların işi ilə bağlıdır. “Nature Neuroscience” nəşrində dərc edilmiş məqalədə qeyd olunur ki, əgər neyronlarda histona metil qrupunu bağlayan fermentlər həddən ziyadə aktivləşdirilərsə və histondan metil qrupunu çıxaran digər fermentin işi dayandırılarsa, o halda siçanlar hər hansı uşaqlıq stresi olmadan depressiyaya düşəcək. Əksinə, qorxmuş siçanlarda modifikasiya edən ferment dayandırılarsa və modifikasiyanı aradan qaldıran ferment aktivləşdirilərsə, onlar daha depressiyaya düşməyəcək. Epigenetik fermentlərlə eyni manipulyasiyalar digər neyronlarda, beyinin digər nahiyələrində və digər dopamin reseptorları ilə aparılıb. Lakin accumbens nüvənin D2-neyronlarında olan effekt əldə edilməyib. Yəni uşaq stresi və böyüyəndə depressiyaya meyillik accumbens nüvədə yerləşən xüsusi neyron qrupu ilə bağlıdır. Bu, ən azından siçanlarda belədir. Epigenetik əlamətli zülal molekulunun miqdarı qorxmamış siçanlarda olduğu kimi qalır, lakin onların DNT-də paylanması dəyişir. Yəni, stres halı modifikasiya edən fermentlərin aktivliyini artırır, bu səbəbdən də modifikasiya olmuş histomlar genomun müəyyən sahələrində toplanır. Genlərin aktivliyi dəyişir və beyin stresin öhdəsindən pis gəlir.
Lakin siçanlara pinometostat verilərsə, onlar stresə baxmayaraq, aqressiv siçanla görüşü asan keçirəcək və ünsiyyəti itirməyəcək. Pinometostat histonları modifikasiya edən fermentlərin fəallığını dəyişir. Hazırda o, leykemiya üzrə klinik sınaqdan keçirilir ki, bu da təəccüblü deyil: xərçəngin bir çox növü genetik fəallığın tənzimlənməsinin epigenetik mexanimzmlərindəki pozulma halları ilə bağlıdır. Epigenetikadan söhbət getdiyi halda, eyni dərman həm xərçəng əleyhinə, həm də depressiya əleyhinə gərəkli ola bilər.
Tehsil-press.az