Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları çərçivəsində keçirilən “Neft-qaz geologiyası və mühəndisliyi” konfransı öz işini yekunlaşdırıb.
Konfrans çərçivəsində “Quyuların istismarı, yataqların işlənməsi və hasilatın optimallaşdırılması”, “Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi”, “Neft-qaz axtarışı, kəşfiyyatı və hövzə analizi”, “Neft-qaz çıxarma və nəqletmə proseslərində enerjinin qorunma texnologiyaları”, “Neft-qaz sahəsində iqtisadi səmərəliliyin analizi” bölmələri üzrə müzakirələr aparılıb, tezislər qiymətləndirilib. Konfransa yerli və xarici təhsil müəssisələrindən tələbə və gənc tədqiqatçılar tərəfindən 46 tezis qəbul edilib.
Konfransın ayrı-ayrı bölmələri üzrə artıq qaliblər də müəyyənləşib. “Neft-qaz axtarışı, kəşfiyyatı və hövzə analizi” bölməsi üzrə BANM tələbələri Orxan Məmmədov, Vüsal Kərimov, eyni zamanda, Orta Doğu Texniki Universitet Şimali Kipr Kampusunun tələbəsi Nandana Ramabhadra I yerə, BANM-ın tələbələri Umid Əbdurahmanov, Türkan Əliyeva, Katib Əliyev, Toğrul Tahirov II yerə, Aytac İsgəndərova və Leyla Abdullayeva isə III yerə layiq görülüblər.
Beynəlxalq konfransa, eyni zamanda, Sahand Texnologiya Universiteti, Orta Doğu Texniki Universitet Şimali Kipr Kampusu, Ostin Texas Universiteti, Qazaxıstan-Britaniya Texniki Universitet kimi xarici universitetlərdən də tezislər qəbul olunub.
“Neft-qaz sahəsində iqtisadi səmərəliliyin analizi quyularının planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi” bölməsinin qalibi Əsəd Səfərov (BANM), II yerin sahibi Bəşir Sultanov (ADNSU), III yerdə Cavad Əliyev olub.
Konfransın sponsorları qismində Bakı Ali Neft Məktəbi, BP, “Baker Hughes”, “SOCAR Polymer”, “SOCAR AQŞ” şirkətləri çıxış edib.
Qaliblərə hədiyyələr və konfransın sertifikatları təqdim olunub.
Tehsil-press.az