ADPU Tələbə Gənclər Təşkilatının nümayəndələri Heydər Əliyev Mərkəzində ekskursiyada olublar

ADPU Tələbə Gənclər Təşkilatının nümayəndələri Heydər Əliyev Mərkəzində ekskursiyada olublar Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) və Səbail rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə TGT-nin idarə heyətinin 30 nəfər üzvü ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Ekskursiyada Səbail rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Xasay Vəliyev və ADPU TGT-nin sədri İsmayıl Nəsirov da iştirak edib. Tələbələr Mərkəzdə Ulu Öndərin irsini, Azərbaycanın tarixi və mədəniyyətini, incəsənətini əks etdirən müxtəlif eksponatlar və virtual sərgilərlə tanış olmaqla yanaşı, bu unikal məkanın tarixi və fəaliyyəti haqqında da bir sıra məlumatlar əldə ediblər.
ADPU TGT-nin sədri İsmayıl Nəsirov Heydər Əliyev siyasi kursunun Azərbaycan tarixində xüsusi çəkiyə malik olduğunu vurğulayaraq deyib: “Bugünkü Azərbaycan gəncliyi məhz Ulu Öndərin təməlini qoyduğu dövlət gənclər siyasətinin pöhrələridir və bunun ən böyük nümunəsi Vətən müharibəsində qanları ilə tarix yazan şəhidlərimizdir. Heydər Əliyevin adı həmişə Azərbaycan xalqı və Azərbaycan gəncliyinin qəlbində sönməz alova çevriləcək, mərdlik, mübarizlik rəmzi kimi daim yaddaşlarda qalacaq!”

Tehsil-press.az

Oxşar xəbərlər