Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində "İlin Tələbə Gənclər Təşkilatı" mükafatının təqdimetmə mərasimi keçirilib. İttifaq sədri Pərviz Mirələmli Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Nəsirov və idarə heyətinin üzvlərinə mükafatı təqdim edib.
Təqdimat mərasiminin ardından ADPU-da rektor professor Cəfər Cəfərov və Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev təşkilatın idarə heyətini qəbul edib. Görüşdə prof. C.Cəfərov tələbələri təşkilatın bu böyük uğuru münasibəti ilə təbrik edərək bir çox cəhətdən xüsusi önəm daşıyan 2020-ci ildə ADPU tələbələri və tələbə təşkilatlarının, o cümlədən TGT-nin çox planlı və adekvat fəaliyyətindən razılığını ifadə edib. Gələcək perspektivdə də tədris keyfiyyəti və tələbə fəallığının təmininin ADPU-nun strateji hədəflərinə daxil olduğunu vurğulayıb.
Qeyd edək ki, təqdimatdan əvvəl, fevralın 1-də ATGTİ onlayn formada "Dəmir yumruq, dəmir gənclik" adlı ölkə universitetlərinin TGT-lərinin mükafatlandırılması ilə bağlı konfrans keçirib.
Konfransda TGT-lərin il ərzindəki fəaliyyətləri dəyərləndirilərək ilin ən yaxşılarının mükafatlandırılması həyata keçirilib. 2020-ci ildəki fəaliyyətinə görə ADPU TGT 4 ildən sonra yenidən, ikinci dəfə ölkə üzrə bütün rəqiblərini kifayət qədər böyük fərqlə qabaqlayaraq "İlin Tələbə Gənclər Təşkilatı" adını qazanıb. Tədbirdə eyni zamanda ötən ildəki ictimai-sosial fəaliyyətində xüsusi fərqlənən 28 nəfər ADPU TGT üzvü də 4 nominasiya üzrə sertifikatla mükafatlandırılıb.
ADPU TGT-nin qazandığı böyük uğurla bağlı təşkilatın sədri İsmayıl Nəsirov bizimlə öz təəsüratlarını bölüşüb:
"Bu uğurda təşkilatımızın idarə heyətinin və bütün üzvlərimizin gərgin və fədakar əməyi, ölkəmizə və təhsilə sevgisi dayanır.
Əlbəttə, ADPU TGT-nin zirvəyə gedən yolunda universitet rəhbərliyi tərəfindən göstərilən diqqət və dəstək çox böyük rol oynayır. ADPU-da ictimai təşkilatların fəaliyyəti üçün kifayət qədər sağlam və münbit mühit yaradan universitetin rektoru prof. C.Cəfərov, prorektor prof. F.Rzayev başda olmaqla Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, şöbənin mütəxəssisi hazırda qazanılan uğurların vaxtilə təməlini qoyan şəxslərdən biri olan Cavid Hüseynov da bugünki nailiyyətlərin ən böyük pay sahiblərindəndir. Eyni zamanda Cənubi Qafqazın ən böyük tələbə platforması olan ATGTİ-nin ali təhsil müəssisələrində fəaliyyət göstərən TGT-lərə olan diqqəti və həssaslığı xüsusən təqdirəlayiqdir.
Hər zaman çıxışlarımda tarixi varislik ənənələrinə sadiq qalaraq bu böyük uğuru bir daha təkrarlaya biləcək gücdə olduğumuzu qeyd edirdim və bu gün həqiqətən də ADPU TGT bu ənənəyə sadiq qalaraq yenidən zirvəni fəth etməyi bacardı. Xüsusilə də doğma Pedaqoji Universitetin 100 illik yubileyinə hazırlaşıldığımız dönəmdə gələn bu qalibiyyət qocaman ali təhsil müəssisəmizin bir əsrlik fəaliyyətində hər zaman öz sahəsində lider olduğunun ən böyük nümunələrindən biri hesab oluna bilər."
Tehsil-press.az