Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı (ADPU TGT) və Səbail rayonu Gənclər və İdman İdarəsinin (Gİİ) təşkilatçılığı ilə "2 Fevral - Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş "Azərbaycan gəncliyi Vətənin keşiyində!" adlı onlayn Konfrans keçirilib.
Konfransda çıxış edən ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, Səbail rayonu Gİİ-nin rəis müavini Xasay Vəliyev, ADPU TGT-nin sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədr müavini İsmayıl Nəsirov iştirakçıları Gənclər günü münasibətilə təbrik edərək onların timsalında bütün Azərbaycan gəncliyinin istər pandemiya şərtləri çərçivəsində, istərsə də Vətən müharibəsi ərəfəsindəki fəaliyyətlərini yüksək qiymətləndiriblər.
Konfransda ADPU TGT-nin üzvü olan 100 nəfərə yaxın fəal tələbə iştirak edib.
Tehsil-press.az