Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr edilmiş “Ulu Öndər” sənədli filmi və eyniadlı mahnı təqdim olunub.
Tədbirdə çıxış edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Hüseyn Babayev ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Çıxışlarda qeyd olunub ki, müstəqil Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan ulu öndər Heydər Əliyev daim gənclərə xüsusi diqqət və qayğı göstərib.
Sonra tədbir iştirakçıları Gənclər və İdman Nazirliyinin təşəbbüsü və sifarişi ilə çəkilmiş “Ulu Öndər” sənədli filmini izləyiblər.

AzMİU-nun Mətbuat Xidməti