Çinin İnkou şəhərinin Bayuçüən rayonunda son günlər COVID-19 infeksiyasına yoluxmalar səbəbindən tədris müəssisələri bağlanıb.
Uşaq bağçalarının, məktəblərin və digər təhsil ocaqlarının fəaliyyəti növbəti elan verilənədək dayandırılıb. Bu müddətdə məktəblərdə dərslər distant formada təşkil olunacaq, imtahanlar isə təxirə salınacaq. Yalnız orta məktəblərin buraxılış siniflərində (12-ci siniflər) dərslərin epidemiya əleyhinə tələblərə ciddi riayət olunmaqla məktəblərdə təşkilinə icazə verilib.
Yoluxmalar səbəbindən rayondakı bütün özəl klinikaların da fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, Çində 20 gün aradan sonra mayın 14-də ölkə daxilində COVID-19 virusuna yoluxmalar aşkar edilib. Yoluxmalar Anhuy vilayətində aşkarlansa da, yoluxanlardan birinin İnkou şəhərinin Bayuçüən rayonundakı klinikadan birində boğaz ağrısından müalicə alıb. Onu müalicə edən həkimin sonradan COVID-19 xəstəsi olduğu aşkarlanıb. İndiyədək Liaonin vilayətində 7 nəfərin virusa yoluxduğu aşkarlanıb ki, onların da əksəriyyəti Bayuçüən rayonunda olub. Hazırda 500 min əhalisi olan rayonda sakinlər kütləvi şəkildə koronavirus testindən keçirilir.
Tehsil-press.az