Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində müəllim və tələbə heyəti arasından 9 nəfərin COVID-19 testi pozitiv çıxması səbəbindən Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında Mərkəzdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
Hazırda peşə təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı tələbələrin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi riayət olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
Tehsil-press.az