Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistr və doktorantlar üçün “İnnovasiya və sahibkarlıq” və “Müdafiə sənayesi, innovasiya və sahibkarlıq” mövzularında təlimlər davam edir.
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ilə Kiçik və orta biznesin inkişafı UNEC Tədqiqat Mərkəzinin təşkil etdiyi təlimlər Türkiyədə innovasiya və sahibkarlıq istiqamətində fəaliyyət göstərən “Binovative A.Ş.” şirkətinin korporativ sosial məsuliyyət layihəsi çərçivəsində reallaşır.
Təlimlərin məqsədi magistr və doktorantların tədqiqat potensialının inkişaf etdirilməsi, əmək bazarında rəqabətqabiliyyətliliyinin artırılması üçün onlara yeni və innovativ bilik və bacarıqların qazandırılmasıdır.
Türkiyənin 4 universitetinin iştirakı ilə təşkil olunan təlimlər 14 müxtəlif mövzuda keçirilir. Ödənişsiz təşkil olunan təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək. Təlimlər iyulun 1-dək davam edəcək.
Tehsil-press.az