Azərbaycan Dövlət İqtisad Universitetində “Creative Spark” layihəsi çərçivəsində təlimlər

Azərbaycan Dövlət İqtisad Universitetində “Creative Spark” layihəsi çərçivəsində təlimlər Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “British Council” tərəfindən elan olunan “Creative Spark” layihəsi çərçivəsində təlimlər keçirilib.
İngiltərədən olan mütəxəssislər tərəfindən sahibkarlıq sahəsində UNEC-in və Bakı Musiqi Akademiyasının tələbələri üçün təşkil olunan təlimin koordinatorları Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyev və bu idarənin əməkdaşı Rauf Məmmədovdur.
Layihə çərçivəsində tələbələrə öz startap ideyalarının reallaşdırılması, “business canvas” modelinin qurulması və istifadə olunması metodları, məhsulun brendinqi və təqdimat bacarıqlarının artırılması mövzusunda təlimlər keçirilib. Tələbələrin “YARAT” Müasir İncəsənət Məkanına ekskursiyası təşkil olunub. Burada onlar rəssam və sənətşünasların əl işləri ilə tanış olublar.
Təlimlərin sonunda öz ideyalarını təqdim edən tələbələr təlimçilər tərəfindən seçilərək may ayında Şərqi London Universitetinə gedərək oradakı biznes və yaradıcılıq studiyalarında iş prosesi ilə tanış olmaq imkanı əldə edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər