Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Biliyin yayılması, innovasiya, universitetlər” mövzusunda seminar keçirilib.
Seminarda Bilik İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbəri Altay İsmayılov mövzunun aktuallığını qeyd edib, müasir dövrün bilik cəmiyyətinə əsaslandığını, universitetlərin isə yeni biliklərin istehsal edildiyi və yayıldığı məkanlar olduğunu vurğulayıb. Milli səviyyədə tələbi və ehtiyacları doğru oxuya bilmək və onlara yönəlik yeni həll yollarını ortaya çıxarmaq yolunda universitetlərin üzərinə ciddi məsuliyyət düşdüyünü qeyd edib.
Seminarda iştirak edən Köln Biznes Məktəbinin Strateji İdarəetmə üzrə professoru Odiljon Abdurazzakov “Texnoloji transferlər yolu ilə innovativ fəaliyyətin inkişaf istiqamətləri” mövzusunda təqdimatla çıxış edərək, texnologiya transferinin milli iqtisadiyyata faydalarını seminar iştirakçılarının diqqətinə çatdırıb. İnnovasiya prosesində iştirak edən təşkilatların fəaliyyətləri barədə məlumat verən məruzəçi açıq və qapalı innovasiya paradiqmalarının geniş izahını iştirakçılarla bölüşüb.
Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru İsa Qasımov isə “İnnovasiyaların formalaşmasında universitetlərin rolu” mövzusunda məruzə ilə çıxış edərək, təhsil və innovasiya prosesinin əlaqəsi, innovasiya ekosisteminin formalaşması, xarici ölkələrin modelləri əsasında biznesdə innovasiyaların tətbiqi yolları barədə ətraflı məlumat verib.
Sonra Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçısı, gənc müəllim Təhmasib Əlizadə “Biliyin yayılması və innovasiyalar: universitetlərin rolu” mövzusunda təqdimatla çıxış edib. O, universitetlərdə biliyin yayılmasının innovasiyalara təsirindən, eləcə də universitetlərin sahibkarlıq fəaliyyətindən, start-up ekosistemində və Milli İnnovasiya Sistemlərində mövqeylərindən söz açıb.
UNEC-in rəsmi “Facebook” səhifəsində canlı yayımlanan seminarda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb.
Tehsil-press.az