Peşə təhsili müəssisələrinin əməkdaşlarının vaksinasiyası uğurla davam edir

Peşə təhsili müəssisələrinin əməkdaşlarının vaksinasiyası uğurla davam edir Peşə təhsili müəssisələrində çalışan pedaqoji və texniki heyətin COVID-19 əleyhinə vaksinasiya prosesi uğurla davam edir.
Ümumi heyətin 66,1 faizi birinci doza, 19,1 faizi isə hər iki doza üzrə vaksinasiya prosesində iştirak edib. Bakı üzrə bu göstəricilər 60 faiz, Sumqayıt üzrə 74,2 faiz, Abşeron rayonu üzrə 84,6 faiz, regionlar üzrə isə 67,2 faiz təşkil edir.
Hazırda yalnız 1 peşə təhsili müəssisəsi karantin səbəbilə əyani tədrisi müvəqqəti dayandırıb.
Xatırladaq ki, martın sonundan peşə təhsili müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı zəruridir. Vaksinasiya prosesinin qısa zamanda yekunlaşması ənənəvi tədrisin bərpasına və həmçinin peşə təhsili almaq istəyənlər üçün daha geniş təhsil imkanlarının yaradılmasına dəstək olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər