Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.
Bununla bağlı Təhsil Nazirliyi tərəfindən mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq qərar verilib.
Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə "Dərs vaxtı" teledərslərini izləmək tövsiyə olunur.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət "COVID-19" əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.
Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə "COVID-19" virusundan qorunmağı bir daha tövsiyə edir.

Tehsil-press.az


Oxşar xəbərlər