Bakı Dövlət Universiteti (BDU) Amerika Birləşmiş Ştatlarının təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində dünya lideri olan “Blackboard” şirkəti ilə tərəfdaş olub.
Universitetdən bildirilib ki, "Blackboard” - tədrisin idarəedilməsi proqramının istifadəsi BDU-da “Blackboard EdTech” ekosisteminə daxil olan “bulud platforması” vasitəsilə tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə və digər tədris proseslərinin elektronlaşdırılmış həllinə imkan yaradacaq.
Elektron idarəetmə sisteminin təkmilləşdirilməsi üçün “Blackboard Learn”, “Virtual Classroom Solution”, “Collaborate”, “Accessibility Solution” və “Blackboard Ally” kimi komponentlərdən istifadə olunacaq.
“Blackboard” Azərbaycanın ADA Universiteti də daxil olmaqla, dünyanın bir çox universitetlərində istifadə edilir. Sistem universitetdə beynəlxalq təcrübənin tətbiqinə, e-təhsilin təkmilləşdirilməsinə və təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına şərait yaradır. “Blackboard” üçün mühüm yerli tərəfdaşlardan biri hesab edilən BDU-da şirkət tərəfindən təklif olunan xidmətlərin böyük əksəriyyətinin tətbiqi nəzərdə tutulub.
Qeyd edək ki, “Blackboard” dünyanın əksər ölkələrində ali təhsil, K-12, biznes və dövlət sektorundakı müştərilərə xidmət göstərən aparıcı rəqəmsal təhsil-texnologiya şirkətidir. “Blackboard”un missiyası tələbə və universitet səviyyəsində uğur qazanmaq, innovativ texnologiya və xidmətlərdən maksimum yararlanmaq üçün qlobal təhsil cəmiyyəti ilə tərəfdaşlığa nail olmaqdır.
Tehsil-press.az