"Neuron Technologies" BANM-də təlimə başladı

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan “Neuron Technologies” şirkəti tərəfindən reallaşdırılan Tədris Elektron idarə olunması platforması yaradılıb.
BANM-də bu mühüm tədris elektron məlumat və idarəetmə sisteminin təqdimatı keçirildi. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, “Neuron Technologies” şirkətinin icraçı direktoru İsmayıl Ələkbərov və Ali Məktəbin professor-müəllim heyəti iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov İT-texnologiyaların hazırda müasir dövrdə zərurətindən söhbət açdı və həmin texnologiyaların inkişaf etdikcə cəmiyyətin buna uyğun fəaliyyət göstərməsini xüsusi ilə vurğuladı.
“Bu sistemin Ali Məktəbin fəaliyyətini və işlərini daha da sürətli və təsirli edəcəyinə əminəm. Məktəbimiz inkişaf edən texnologiyalara çevik şəkildə uyğunlaşaraq fəaliyyət göstərir və tədris prosesində bu texnologiyaları tətbiq etməyə çalışır”,- E.Qasımov dedi.
Rektor bildirdi ki, elektron məlumat və idarəetmə sisteminin tətbiqi BANM-də dünyanın mütərəqqi informasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına tövhə veriləcək.
“Neuron Technologies” şirkətinin icraçı direktoru İsmayıl Ələkbərov öz çıxışında qeyd etdi ki, onun rəhbərliyi olan şirkət BANM-in tərəfindən keçirilən tenderində qalib oldu. “Mən çox şadam ki, bizim şirkətimiz ölkənin ən nüfuzlu və güclü ali təhsil ocaqları ilə əməkdaşliq edir”, - İ.Ələkbərov söylədi.
İ.Ələkbərov tədbir iştirakçılarına “Neuron Technologies” şirkənin fəaliyyətindən qısa məlumat verdi və bildirdi ki, layihə çərçivəsində BANM-də tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarə edilməsi, elektron qiymətləndirmə, elektron imtahan, interaktiv forum və kommunikasiya, insan resursların idarə edilməsi, təqaüd hesablanması, yataqxana elektron idarəetmə və digər sistemlərin tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, “Neuron Technologies” - Azərbaycanda sürətlə inkişaf edən informasiya texnologiyaları şirkətlərdən biridir. Şirkət proqram təminatının işlənib hazırlanması, sistem inteqrasiyaların tətbiqi, informasiya-kommunukasiya texnologiyaları infrastrukturun qurulması üzrə ixtisaslaşıb və son illər ölkəmizdə təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə elektron idarəetmə sistemlərin, milli proqram təminatı həllərinin tətbiqi üzrə uğurlu layihələr həyata keçirib. “Neuron Technologies” şirkəti tərəfindən ölkəmizin bir sıra nüfuzlu ali təhsil müəssisələrində analoji sistemlər artiq tətbiq olunub. Hazırda şirkətin hazırladiğı intellektual məhsulların xarici ölkələrdə ixracı istiqamətində işlər davam etdirilir.

BANM-nin Mətbuat Xidməti


"Neuron Technologies" BANM-də təlimə başladı

Oxşar xəbərlər